Goranboyda dəhşətli qəza: Piyada maşının altında qaldı (18+VİDEO)


12:23     11 Aprel 2019 2019/04/935cae459e19911_1554971059.jpg

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.



Femida.az -ın ONA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboyun Nadirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Mədətov Mahir Rəfi oğlunun idarə etdiyi "Chery Tiggo" markalı minik maşını orta yaşlı bir kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib. Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.




Avtoqəza ilə bağlı hazırda istintaq araşdırmaları aparılır.

Həmçinin oxu: Prezidentdən Elinanın ölümü ilə bağlı xüsusi tapşırıq - Ciddi şəkildə araşdırılacaq +VİDEO

Açar sözlər: #kriminal   #Video  

Oxunub: 1311