Çingiz Abdullayevə “Şərəf” ordeni təqdim edildi


12:49     11 Aprel 2019 2019/04/cingizabdullayev_1554972808.jpg

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevə “Şərəf” ordeninin təqdim olunması mərasimi keçirilib.



Femida.az xəbər verir ki, dünya şöhrətli yazıçıya mükafatı Mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib.

Çingiz Abdullayev Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Oxucularıma da kitablarımı oxuduqlarına görə təşəkkür edirəm. Bu günə qədər, yəni son üç gündə 6 ölkə məni mükafatlarla təltif edib. Buna baxmayaraq, mənim üçün ən yüksək mükafat Azərbaycan dövlətinin verdiyi ordendir".

Xatırladaq ki, Prezident İlham Əliyev Çingiz Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 476