Elinanın ölümündə adı hallanan oğlanı qaçırmaq istədilər -İDDİA


13:48     11 Aprel 2019 19_04_11_1554976215.jpg

14 yaşlı Elina Hacıyevanın ölümündə təqsirli olduğu bildirilən 11-ci sinif şagirdi Cavidin (ad şərtidir) fotoları sosial şəbəkələrdə paylaşılır.

Sosial şəbəkə istifadəçiləri Cavidin yataqdakı rəsimlərini yayaraq qeyd edirlər ki, Elinanın intihar etməsinə bu oğlanın tərbiyəsiz davranışları səbəb olub. Həmin paylaşımlara isə çox emosional şərhlər gəlir və hətta oğlanı öldürməyin lazım olduğunu vurğulayanlar belə olur.

Femida.az lenta.az-a istinadən məlumat verir ki, Bakı Şəhər Təhsil İdarəsindən məsələ ilə bağlı bildirildi ki, bunun onlar deyil, hüquq-mühafizə orqanları məşğul olur: “Nə məlumat istəyirsinizsə, hüquq-mühafizə orqanlarına müraciət edin”.

Beləliklə, oğlanın hazırda qorunub qorunmadığını müəyyənləşdirmək mümkün olmadı. Onu da qeyd edək ki, sosial şəbəkələrdə bildirilmişdi ki, Cavidi atası Rusiyaya, əmisinin yanına qaçırmaq istəyib. Lakin məsələ sosial mediada gündəmə gəldikdən sonra bu niyyətlərini həyata keçirə bilməyiblər.

Açar sözlər:

Oxunub: 1612