Koçaryanın həbs müddəti uzadıldı


14:43     11 Aprel 2019 2018/09/kocaryan_1536730210.jpg


Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbs müddətini bir daha uzadıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bu barədə prokuror Petros Petrosyan bildirib.

Bundan əvvəl, R.Koçaryanın həbs müddəti yanvarın 18-də və martın 15-də uzadılmışdı.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürüb, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 409