Ramil Usubovun sıra baxışının vaxtı dəyişib
15:01 11 Aprel 2019
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, aprelin 15-17-də Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə əlaqədar aprelin 15-də saat 8.00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında, Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant (500 ştat) post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı dəyişdirilərək aprelin 19-u saat 8.00-a keçirilib.
Əlavə məlumat (012)-590-97-52, 590-94-12, 590-92-37 və 590-93-45 əlaqə telefonlarından almaq olar.
Femida.az
Oxunub: 543
Oxşar xəbərlər
- Ramil Səfərovun vəkili: "Ermənilər səs-küy qaldıraraq ikinci zabitimizi də məsuliyyətə cəlb etmək istəyirdi" (MÜSAHİBƏ)
- Ramil Usubovun oğlunun yerinə təyinat oldu
- Ramil Usubov İsrail səfirini qəbul edib
- Ramil Usubovun oğluna yeni vəzifə verilib - ƏMR
- Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb
- Ramil Quliyev Brüsseldə mövsümün ən yaxşı nəticəsini göstərdi
- Ramil Usubov və Vilayət Eyvazov yeni təyinatlardan sonra ilk dəfə birlikdə - VİDEO
- Ramil Usubov hüquq məzunlarının buraxılış müdafiəsində
- Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində təqdim edilir
- Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?