Bakıda tikinti zamanı fəhlə öldü


16:23     11 Aprel 2019 19_04_11_1554985461.jpg


Bakıda tikilməkdə olan hündürmərtəbəli binada ölüm hadisəsi baş verib.


Femida.az-ın “Qafqazinfo”-a istinadən verdiyi xəbərə görə, Yasamal rayonu, İzmir küçəsi 1 ünvanında yerləşən, tikilməkdə olan “Hayat Palace” yaşayış kompleksində fəhlə işləyən 1985-ci il təvəllüdlü Əli Nəcəfov binadan yıxılaraq ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.

Femida.az

Açar sözlər: #fəhlə  

Oxunub: 1100