PA-nın məsul işçiləri rayonlarda vətəndaşlarla görüşüblər
16:28 11 Aprel 2019
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, aprelin 11-də Beyləqan, Qusar, Lerik, Saatlı rayon sakinləri və Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşlər keçirilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da dediyi kimi, yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.
Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Aprelin 25-də Prezident Administrasiyasının məsul işçiləri Gəncə, Goranboy, Qobustan, Samux və Zaqatalada da vətəndaşları qəbul edəcəklər.
Oxunub: 399
Oxşar xəbərlər
- PA-nın QHT-lərlə iş sektoruna yeni müdir təyin olunub
- PA-nın şöbə müdiri generalla görüşdü - Orduda ideoloji işin təşkili ilə bağlı
- PA-nın şöbə müdiri partiya rəsmiləri ilə danışıqlar apardı
- PA-nın Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi yeni qanun layihəsini şərh etdi
- PA-nın məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyib
- PA-nın məsul işçiləri beş rayonun sakinlərilə görüşüb
- PA-nın məsul işçiləri bölgələrdə vətəndaşlarla görüşüb
- PA-nın yeni rəhbərindən ilk - Açıqlama
- PA-nın məsul işçilərinin oktyabr ayı üzrə qəbul günləri - CƏDVƏL
- PA-nın məsul işçiləri vətəndaşların müraciətlərini dinləyib