Quba-Xınalıq yoluna düşən iri qaya parçaları düşdü, yol bağlandı


16:43     11 Aprel 2019 19_04_11_1554986372.jpg

Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı kilometrliyində dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün deyil.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacağı bildirilir.

Açar sözlər:

Oxunub: 463