Yeni xəbər kanalı üçün sənəd qəbulu bitdi


19:24     11 Aprel 2019 televiziya_0054.jpg

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib ki, 3 iddiaçı müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri Şuraya təqdim edib.

Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

A.Hacıyev bildirib ki, yekun qərar şuranın iclasında veriləcək.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan edib.

Müsabiqəyə sənəd qəbulu martın 11-də başlayıb. / Report

Femida.az

Açar sözlər: #telekanal  

Oxunub: 301