"Diqlas"dakı yanğında zərər çəkmiş 228 sahibkara yardım ÖDƏNİLİB
19:55 11 Aprel 2019
Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.
İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu gün daha 69 zərər çəkmiş sahibkarın bank hesabına 218 min manat məbləğində maddi yardım ödənilib. Beləliklə, indiyədək İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 228 zərər çəkmiş sahibkarın bank hesabına 1360 min manat məbləğində maddi yardım köçürülüb. Maddi yardımın ödənilməsi “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.
Bununla yanaşı, sahibkarların Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də davam etdirilir. İndiyədək 200 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.
İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir.
Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.
Femida.az
Oxunub: 431
Oxşar xəbərlər
- “Diqlas”dakı yanğına görə 400-dən çox sahibkar dindirilib
- “Diqlas”ın söküntüsü yekunlaşır - FOTO
- "Diqlas"ın söküntüsü gələn həftə yekunlaşa bilər
- "Diqlas"ın söküntüsü 2 ay davam edəcək
- Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
- "Diqlas"ın söküntüsü başlandı
- “Diqlas”da malı yanan 366 sahibkara pul verilib
- “Diqlas”dan malların çıxarılması başa çatdırıldı
- "Diqlas"dalı yanğında zərər çəkmiş daha 70 sahibkara yardım edilib
- 75 sahibkarın yanmamış malı “Diqlas”dan çıxarılıb