Azərbaycanda 253 tikinti maşını istismara yararsız olduğuna görə silinib


20:12     11 Aprel 2019 19_04_11_1554999453.jpg

2019-cu il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11 647, o cümlədən dövlət müəssisələrində 4980, qeyri-dövlət müəssisələrində 6667 tikinti maşını olub.

Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 2018-ci il ərzində 1104 maşın tam amortizasiya olunub, onlardan 253-ü istismara yararsız olduğuna görə silinib.

2018-ci ildə tikinti müəssisələri tərəfindən 167 ədəd müxtəlif növ tikinti maşını alınıb ki, onların 68-ni yükünü özüboşaldan avtomobil, 17-ni yolbasan maşın, 17-ni stasionar və avtobetonnasos, 13-nü pnevmotəkərli kran, 13-nü pnevmatik əl maşını, 11-ni karxanalar üçün mobil və stasionar qırma-ələmə avadanlığı, 28-ni isə digər növ tikinti maşını təşkil edib.

Tikinti maşınlarının 9,7 faizi Naxçıvan Muxtar Respublikasında, 65,3 faizi Bakı şəhərində, 8,1 faizi Aran, 4,2 faizi Gəncə-Qazax, 3,8 faizi Abşeron, 8,9 faizi isə digər iqtisadi rayonlarda cəmlənib.

Femida.az

Açar sözlər:

Oxunub: 391