Ali Məhkəmə "Baboş" ləqəbi ilə tanınan gəncin şikayətinə baxıb


21:33     11 Aprel 2019 alimehkeme.jpg

Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda təqsirləndirilən Ağasalı Xəlilzadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.


Femida.az -ın xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Xəlilzadənin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 21-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 1993-cü il təvəllüdlü A.Xəlilzadə tanışları - Müşfiq Qədirov və qardaşı Elxan Qədirovla kafedə çay içərkən mübahisə edib. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı A.Xəlilzadə kafedən götürdüyü bıçaqla qardaşlardan birini bıçaqlayıb və hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xəlilzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, A.Xəlilzadə dostları arasında "Baboş" ləqəbi ilə tanınıb.

Açar sözlər:

Oxunub: 384