Milli Məclisdə homoseksuallarla bağlı müzakirə
22:12 11 Aprel 2019
Milli Məclisdə (MM) homoseksual gənclərlə bağlı məsələ qaldırılıb.
Femida.az Oxu.az-a istinadən bildirir ki, onların problemləri parlamentin Gənclər və idman komitəsinin iclasında iştirak edən gənclərdən biri tərəfindən dilə gətirilib.
O qeyd edib ki, homoseksual, cinsi azlıqların nümayəndələri olan gənclər tez-tez fiziki və mənəvi təzyiqlərə, təsirlərə məruz qalırlar.
"Onlar çox vaxt işə götürülmürlər və ya onlara iş yerlərində fiziki, mənəvi təzyiqlər göstərirlər. Onlar diskriminasiyaya məruz qalırlar. Halbuki onların işləmək və təhsil almaq, eləcə də, digər hüquqları Konstitusiya ilə təsbit olunub. Onların da artıq konstitusion hüquqları təmin edilməlidir. Bununla bağlı parlament tərəfindən də addımlar atılmalıdır", - deyə vurğulanıb.
Buna cavabında adıçəkilən komitənin üzvü Elşən Musayev deyib ki, bu məsələdə dövləti heç cür günahlandırmaq olmaz.
O qeyd edib ki, bu məsələ daha çox milli mental dəyərlərdən irəli gələn ictimai qınaq və tənbehlə bağlıdır:
"Həm də düşünmürəm ki, onlara qarşı hər yerdə "qara zolaq" var. Bu, belə deyil. Mən bilmirəm siz faktları haradan almısınız, amma mənim bildiyim odur ki, həmin azlığın nümayəndələri də işlə təmin olunurlar".
Femida.az
Oxunub: 485
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb