Dərbəndin azərbaycanlı icra başçısı yenə HƏBS OLUNDU
09:23 12 Aprel 2019
Dağıstanın Dərbənd rayonunun azərbaycanlı icra başçısı Məhəmməd Cəlilov iki sutkalıq həbs olunub.
Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, artıq xüsusi reyslə Moskvaya aparılıb. Cəlilov Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsi üzrə ittiham olunur və 3 fakt üzrə şübhəli bilinir.
İstintaq materiallarına əsasən, Məhəmməd Cəlilov 2015-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək "Qafqaz" federal yolunda yerləşən ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini qanunsuz olaraq qohumlarına verib. Torpaqların bazar dəyəri isə ümumilikdə 20 milyon rubladək qiymətləndirilir.
Cəlilovun həm yaşadığı ünvanda, həm də Dərbənd rayonunun administrasiyasında axtarışlar aparılıb.
Xatırladaq ki, Cəliləv ötən ilin martında da vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahələrinin qanunsuz mənimsənilməsi ittihamı ilə həbs olunub. 8 ay ev dustağı olan icra başçısının əməllərində cinayət tərkibi tapılmadığından ona qarşı ittihamlar aradan götürülüb və yenidən vəzifəsinə qayıdıb.
Femida.az
Oxunub: 926
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb