Bakıda tələbəni öldürən şəxsin məhkəməsi başlayır


09:43     12 Aprel 2019 1442557655_mehkeme-zali.jpg

Qətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın xəbərinə görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası aprelin 19-na təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Murğuzov saxlanılıb.

Xatırladaq ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E. Xəlilov isə Texniki Universitetin tələbəsi olub.

Açar sözlər:

Oxunub: 452