Vilayət Eyvazovla görüşmək istəyənlərin nəzərinə!


09:44     12 Aprel 2019 vilayet41.jpg

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov 2019-cu il aprel ayının 20-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcəkdir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Femida.az

Açar sözlər: #DİN   #Qəbul  

Oxunub: 413