İki qardaş eyni gündə öldü - Bakıda


10:26     12 Aprel 2019 big_1405799282_meyit.jpg

Bakıda iki qardaşın meyiti tapılıb.

Femida.az -ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşları aprelin 11-i saat 22 radələrində Babək prospekti 90 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Məhəmmədoviçin və onun qardaşı, 1979-cu il təvəllüdlü Məhərrəmov Yuriy Məhəmmədoviçin meyitini aşkar ediblər.

Xətai rayon prokurorluğu tərəfindən meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib.

İlkin araşdırma zamanı, qardaşların narkotik maddələrin aludəçisi olması müəyyən edilib.

Açar sözlər:

Oxunub: 556