Evdən 9 min manatlıq qızıl oğurlandı


12:21     12 Aprel 2019 qizil1.jpg

Bakıda evdən 9 min manatlıq qızıl oğurlayan şəxs tutulub.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 339