Bakıda müəllim 12 yaşlı şagirdi xəstəxanalıq etdi


12:40     12 Aprel 2019 19_04_12_1555058485.jpg

Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.


Femida.az xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 763