Gömrükdə gizlədilən dərmanlar aşkarlandı


14:37     12 Aprel 2019 19_04_12_1555065493.jpg

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21901" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, yoxlama zamanı, avtomobilin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən xeyli miqdarda - 32 adda dərman preparatları, 60 ədəd tibbi gigienik şam və müxtəlif dərman preparatlarına məxsus, cəmi 97 boş qutu və plastik qablar aşkar edilib.

Bu mallar avtomobilin salonunda, sürət ötürücüləri qutusunun örtüyünün alt hissəsində olan boşluqlarda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulan yerin altındakı örtüyün arxasında olan boşluqda, hava filtrinin içərisində, arxa sağ və sol qapıların örtüklərinin arxasındakı boşluqlarda və nəhayət, yük yerindəki ehtiyat təkərin içərisində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 520