Nazirlik II qrup əlilin şikayətinə aydınlıq gətirib
15:34 12 Aprel 2019
Cəlilabad rayon sakini, II qrup əlilliyi olan şəxs Nuriyev Faba Ovezoviçin ona I dərəcə əlillik təyinatının aparılmaması ilə bağlı sosial şəbəkədə əksini tapan şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən araşdırma aparılıb.
Xidmətdən Femida.az-a verilən məlumata görə, F.Nuriyev əlilliyinin II qrupdan I qrupa dəyişdirilməsi üçün polikinikaya müraciət etdiyini və əlilliyinin yenidən qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən göndərişin (forma 88) elektron sistemə daxil edildiyini iddia edir.
Lakin müəyyən olunub ki, onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı sonuncu dəfə 23.08.2017-ci il tarixində sistemə göndəriş daxil edilib ki, göndərişdəki diaqnoz əsasında da F.Nuriyevə qanunvericiliyə uyğun olaraq II qrup əlillik təyin edilib. Onu da bildiririk ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan həyata keçirilir.
Göndəriş elektron sistemə daxil edildikdən sonra göndərişi verən səhiyyə müəssisəsini, bu göndərişi təsdiq edən şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Yalnız diaqnozdakı məlumatlar əsasında əlillik təyin olunub-olunmaması barədə qərar verilir. Bu da əlilliyin qiymətləndirilməsinin şəffaf və obyektiv aparılmasına xidmət edir.
F.Nuriyevə izah olunub ki, əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün yenidən müraciət etmək hüququ var. Yaşadığı rayonun səhiyyə müəssisəsi tərəfindən onunla bağlı sistemə yenidən göndəriş daxil edildiyi halda, əlilliyi göndərişdəki diaqnoza uyğun təkrar qiymətləndiriləcək.
Femida.az
Oxunub: 478
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib