Bəzi rayonlarda daha geniş yaşıllıqlar salınacaq


16:41     12 Aprel 2019 2019/04/agacekme_1554729600.jpg

Azərbaycanda 10 milyonuncu sakinin dünyaya gəlməsi ilə bağlı 60 000-dən çox ağac əkilib.

Femida.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O, bildirib ki, bu günədək aksiya çərçivəsində respublika ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 60 000-dən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib.

F.Əliyev qeyd edib ki, ağacəkmə aksiyaları aprelin axırına qədər davam edəcək. Nazir müavini deyib ki, yeni yaşıllıqların salınması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiyalarda bir sıra rayon icra hakimiyyətləri öz fəallıqları ilə fərqlənir:

"Aparılan təhlillərə əsasən deyə bilərik ki, paytaxtın Yasamal, Nərimanov, Binəqədi, Xəzər rayonlarında, bölgələr üzrə Şəmkir, Sumqayıt, Şirvan, Ağcabədi, Yevlax, Mingəçevir, Qax şəhərlərində yaşıllıqların salınması tədbirləri artıq kütləvi hal alıb və bu rayonlarda daha geniş yaşıllıq zolaqları salınıb. Əminik ki, belə tədbirlər digər rayonlar üçün də stimul olacaq, geniş yaşıllıq sahələri salınacaq və qorunacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 583