Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri ilə görüşüb
16:58 12 Aprel 2019
Aprelin 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonu Azərbaycanda səmimi qəlbdən salamlayaraq, onun ölkədə hər zaman arzuedilən qonaq olduğunu deyib. Mehriban Əliyeva rusiyalı qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik edib, Valentina Matviyenkoya möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb. Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu deyib.
Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko, ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söyləyib. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirib. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirib. Qonaq Prezident İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd edib.
Femida.az
Oxunub: 549
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib