DOST Agentliyinə könüllülərin seçimi keçirilib
17:04 12 Aprel 2019
DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzlərində könüllülük fəaliyyətinin təşkili prosesinə start verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu sahədə işlər nazirlik və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair 2018-ci il 28 avqust tarixində imzalanmış Memorandum əsasında aparılır. ASAN Könüllülük Məktəbinin “Master 2” proqramı çərçivəsində DOST Agentliyində təcrübə keçəcək könüllülərin seçimi keçirilib.
Müsahibədə iştirak edən namizədlərin şəxsi keyfiyyətləri və müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilib və onların sırasından təcrübə keçmək üçün 20 nəfər seçilib.
“DOST könüllüləri” tezliklə fəaliyyətə başlayacaq. “DOST” Mərkəzində göstərilən xidmətlərdən yararlanmaq üçün müraciət edən vətəndaşlara prosedurları və qaydaları başa salacaq, onlara ərizə və anketlərin yazılmasında yardım edəcəklər.
Femida.az
Oxunub: 577
Oxşar xəbərlər
- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub - YENİLƏNİB
- Dostunu xilas etmək istədi, özü də boğuldu - Nabrandakı faciənin təfərrüatı
- DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
- DOST mərkəzlərində vətəndaş qəbulu bərpa olunur
- DOST Agentliyindən koronovirusla mübarizəyə 100 000 manatlıq dəstək
- DOST Agentliyinə qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Dostunun evində narkotik maddə qəbul edən kişi ölüb
- DOST 50 mininci vətəndaşa xidmət etdi
- DOST xidmətləri sırasına övladlığagötürmə əlavə edildi
- DOST mərkəzində 15 mininci vətəndaş - FOTO