“Direktor müavini məni hədələdi ” - Elinanın rəfiqəsi (VİDEO)


17:39     12 Aprel 2019 2019/04/56749-1555074399_1555076480.jpg

Aprelin 4-də 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edib. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.

Femida.az xəbər verir ki, son günlər Elinanın ölümü ilə bağlı ziddiyyətli fikirlər səsləndirilir. Onun yaxın rəfiqəsi Züleyxa Şirinova Azvision.az -a açıqlamasında bəzi qaranlıq məqamlara aydınlıq gətirib.


Bildirib ki, vaxtı ilə məktəb direktoruna Elinanın problemləri ilə bağlı şikayət etsələr də, onların müraciətləri cavabsız qalıb: “Məktəbdə Elinaya qarşı çox güclü təzyiq var idi. Biz də, anası da məktəb rəhbərliyinə bununla bağlı şikayətlər etmişdik. Ancaq bizə əhəmiyyət vermədilər. Nəyəsə görə bu gün hər kəs onun ölümündən sonra reaksiya verir. Anası direktorun yanına şikayətə gələndə direktor sənədləri anasının üzünə atdı. Elina intihar edəndən sonra mən məktəbdə baş verənlər barədə “Facebook”da yazdım. Direktor müavini mənə zəng edib hədələdi ki, əgər bunu silməsən, sənin böyük problemin olacaq. Və məlum olur ki, onlar təkcə məni hədələməyiblər. İstəmirlər ki, bütün bu məlumatlar yayılsın. Elina intihar edəndən sonra məktəbdə asfaltın üstündəki qanı yudular və direktor dedi ki, qoy eve kimi sürünsün. Bu gün 2-3 nəfər sinif yoldaşı anım mərasimində iştirak etmək istədi. Ancaq icazə vermədilər. Bura elə məktəbdir ki, mentalitet başlıca rol oynayır. Məsələn saçını rənglədi və ya rəngli corab geyinidsə, ona pis baxırlar. Mən bilmirəm onlar niyə belə edirlər”.

Z. Şirinova həmin məktənbin 11-ci sinif şagirdi Hüseyn Namazovun Elinaya təzyiq göstərdiyini deyib. “ Biz bununla bağlı direktor müavininə şikayət etdik.

Hüseyn Elina ilə əlaqə saxlamaq istəyirdi. Elina isə hər yerdə onu bloklayırdı. Hüseyn öz sinfində demişdi, bütün sinf qıza mənəvi təzyiq göstərirdi. Sosial şəbəklərdə yayılan şəkillərdəki isə Elina deyil, onun sinif yoldaşlarıdır. Həmin gün Elina bizim evdə idi”.




Femida.az

Açar sözlər:

Oxunub: 4473


Oxşar xəbərlər