Yeznəsini benzinlə yandıran şəxsin məhkəməsi başlayıb

Yeznəsini benzinlə yandıran şəxsin məhkəməsi başlayıb


19:42     12 Aprel 2019 1398947325_mehkeme.jpg

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda adamöldürməyə cəhd etməkdə təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Femida.az -ın xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Tovuz rayonunun Qovlar qəsəbəsində baş verib. Belə ki, V.Ələkbərov bacısının əri, 1981-ci il təvəllüdlü Elbrus Ələkbərovun üstünə benzin tökərək od vurub. Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata əsasən, hadisə E.Ələkbərovun ailəli olduğu halda, başqa qadınla münasibətinin ortaya çıxması faktına görə baş verib.

Açar sözlər:

Oxunub: 288