Bərdədə əməliyyat zamanı xəstənin qarnında yad cisim unuduldu - FOTO


20:50     12 Aprel 2019 19_04_12_1555085513.jpg

Bərdə rayonunda tragikomik hadisə baş verib. Ötən ilin sentyabrında doğuş zamanı əməliyyat olunan qadının bədənində yad cisim qalıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, həkim səhlənkarlığına görə səhhəti pisləşən 25 yaşlı qadın növbəti dəfə əməliyyat olunmalıdır.

Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində Qeysəriyyə əməliyyatı edilən rayon sakini Əsədli Günay son aylar qarın nahiyyəsindəki küt ağrılar səbəbi ilə Bakı şəhərində yerləşən özəl xəstəxanaların birinə müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb.


Gənc qadını Bakıda müayinə edən həkimlər bildirib ki, qadının qarın nahiyyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyüb və təhlükə mənbəyinə çevrilib.

Bu səbəbdən qadın təcili olaraq yenidən əməliyyat olunmalıdır. Ancaq ailənin bu əməliyyata maddi imkanı çatmır.

Məsələ ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasından bildirilib ki, hadisə ən qısa müddətdə araşdırılacaq.

Açar sözlər:

Oxunub: 481


Oxşar xəbərlər