253 nəfər peşə kurslarına cəlb edilib


21:36     12 Aprel 2019 asan%20pese.jpg

Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 253 nəfər əmək bazarının tələblərinə uyğun müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

ƏƏSMN-dən Femida.az-a verilən məlumata görə, Təhsil Nazirliyi ilə birgə hazırlanaraq təsdiq edilmiş tədris proqramları əsasında təşkil olunan kursları bitirənlərə bu barədə sertifikatlar təqdim olunub.

Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi işləri də aparılır.

Femida.az

Açar sözlər: #peşə  

Oxunub: 489