Abşeronda yanğın olub


21:55     12 Aprel 2019 yangin_38673636.jpg

Abşeronda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Abşeron rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin zirzəmisində ev əşyaları 8 m² sahədə yanıb, tavan 30 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 523