Bakıda dəhşətli hadisə: 1 nəfər öldü - VİDEO(18+)


10:20     13 Aprel 2019 19_04_13_1555133195.jpg

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az Report-a istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hündai Elantra" markalı avtomobil ("99-RX-128" dövlət qeydiyyat nişanlı) qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.




Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.

Qəza zamanı "Hundai"dan başqa daha iki maşına ziyan dəyib.

Femida.az

Açar sözlər: #qəza  

Oxunub: 1402