Bakı metrosunda ilk - Qadın maşinist işə götürüldü


11:44     13 Aprel 2019 19_04_13_1555141514.jpg

Bakı metropoliteni tarixində ilk qadın maşinist işə götürülüb.


Oxu.Az xəbər verir ki, metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

10-dan artıq qadın müraciət etsə də, onların arasından yalnız biri - Günay Həbibli seçilib və Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən Günay Həbibli buna qədər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 437