"Təəssüf ki, Türkiyə və Azərbaycanla diplomatik əlaqələrimiz yoxdur" - Paşinyan


12:10     13 Aprel 2019 19_04_13_1555143103.jpg


Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasında çıxış edərkən, Azərbaycan və Türkiyə ilə münasibətlərdən danışıb.


Femida.az xəbər verir ki, o, "bu iki ölkə ilə nəyə görə münasibətləri normallaşdırmırsız?" sualına belə cavab verib:


"Təəssüf ki, Azərbaycan və Türkiyə ilə diplomatik əlaqələrimiz yoxdur. Azərbaycan ilə əlaqələrimiz mövzusunda hər şey məlumdursa, Türkiyə mövzusunda tablo bir qədər fərqlidir. Türkiyə Ermənistanla əlaqələrin qurulmasını birbaşa Azərbaycanla bağlayır. Bu mövzuda fikrimiz dəyişməyib. Biz Türkiyə ilə ön şərtsiz əlaqələr qurmağa hazırıq”.

Qeyd edək ki, Türkiyə 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra
Ermənistanın işğal siyasətinə etiraz əlaməti olaraq bu ölkə ilə quru sərhədlərini bağlayıb və diplomatik əlaqələri kəsib.

Amin

Femida.az

Açar sözlər: #Ermənistan   #Türkiyə   #Azərbaycan   #siyasət   #Paşinyan  

Oxunub: 561