Bakıda keçmiş məhbuslar arasında bıçaqlanma
12:46 13 Aprel 2019
Aprelin 12-də Bakının Binəqədi rayonunda keçmiş məhbuslar arasında dava düşüb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nəriman Nərimanov küçəsində insanların gözü önündə 48 yaşlı Almasi Tərlan Mirəhmdə oğluna bıçaq zərbələri endirilib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırma zamanı məlum olub ki, Almasi narkotik vasitənin saxlanılmasına görə əvvəllər məhkumluq həyatı yaşayıb.
Cinayəti törədən şəxsin də kimliyi müəyyən edilib – 47 yaşlı Qasımov Tuqay Akif oğlu da əvvəllər narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkum olunub.
Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Oxunub: 576
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb