Sosial şəbəkədə tanış olduğu qızı hədələyib zorladı - Bakıda baş verən hadisəni məhkəmə araşdırır
13:10 13 Aprel 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkədə tanış olduğu qızı zorlamaqda ittiham edilən Roman İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam edir.
Femida.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 19-na təyin olunub.
Qeyd edək ki, hadisə Bakının Nizami rayonunda baş verib.
İttihama görə, 1988-ci il təvəllüdlü Roman İbrahimov sosial şəbəkələrdən birində Samirə Məmmədova (ad və soyad şərti verilib - red.) ilə tanış olub. Daha sonra Roman İbrahimov Samirə ilə real həyatda görüşməyə başlayıb.
Bir gün Roman Samirəni rayon ərazisində evlərdən birinə gətirib və orada qanunsuz olaraq saxlayıb.
Roman həmin evdə Samirə ilə dəfələrlə zorla intim əlaqədə olub.
Daha sonra o, Samirəyə zorakılıq göstərib və həmin evdə qalmasını tələb edib. Samirə onun tələbini yerinə yetirmədiyi halda Roman onun yaxın qohumlarını öldürməklə hədələyib.
Roman Samirəni hədələyən zaman silah qismində olan əşyanı nümayiş etdirib. Bu hədələrdən qorxan Samirə həmin evdə qalmağa razı olub.
Samirə evdə qaldığı müddətdə Roman onunla dəfələrlə cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Roman İbrahimovun barəsində Cinayət Məcəlləsinin 145.2.6-cı (silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə) və 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddələri ilə ittiham elan edilib.
Oxunub: 455
Oxşar xəbərlər
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- Sosial sığorta ödənişlərinin gecikməsinin səbəbi açıqlanıb
- Sosial şəbəkədə tanış olduqları şəxsləri görüşə çağırıb alçaldıcı videolara çəkən dəstə həbs edilib
- Sosial şəbəkələr vasitəsi ilə narkotik satan şəxs tutuldu - VİDEO
- Sosial şəbəkələrdə paylaşım edən hərbçilər işdən çıxarıldı
- Sosial yardımın məbləği artıb
- Sosial müavinətlərin və təqaüdlərin təyin olunması üçün yeni qayda müəyyənləşib
- Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri həbs edilib