Kim Çen In Trampa 8 ay vaxt verdi

Kim Çen In Trampa 8 ay vaxt verdi


15:05     13 Aprel 2019 19_04_13_1555146134.jpg

Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ABŞ-la aparılan danışıqlardakı uğursuzluq gərginliyin yenidən bərpa olunması risklərini artırır. Bu səbəbdən o, yalnız Vaşinqton doğru münasibət sərgilədiyi təqdirdə ABŞ prezidenti Donald Trampla yenidən görüşə maraqlıdır.


Femida.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət televiziyası Kim Çen Inın Ali Xalq Şurasındakı çıxışına istinadən məlumat yayıb.

Şimali Koreya lideri bildirib ki, fevralda keçirilən Hanoy sammitinin nəticələri onun ötən ildən başlayaraq beynəlxalq birliyin iştirakı ilə Vaşinqtonla danışıqlara başlamaq strategiyasının düzgünlüyünü sual altına qoyub. Bu mənada Kim Çen In ABŞ-a kompromisə meylli olması üçün 8 ay vaxt verib.

“ABŞ Hanoydakı sammitə həyata keçirilməsi tamamilə mümkün olmayan variantların tapılması üzərində baş sındıraraq gəlmişdi və problemin həlli üçün bizimlə üz-üzə oturmağa özünü çox da hazırlamamışdı. ABŞ-ın indiki hesablama metodundan əl çəkərək, bizə münasibətdə yeni yanaşma sərgiləməsi vacibdir. Əgər ABŞ bu cür düşünməyə davam etsə, Koreya Xalq Demokratik Respublikasını (KXDR) nüvəsizləşdirməyə doğru hətta bir addım belə hərəkət etdirə bilməyəcək, nə də ki KXDR-lə neçə dəfə danışıqlar masasına əyləşməsindən asılı olmayaraq, heç bir mənfəət qazanmayacaq. Bu ilin sonunadək biz səbrlə ABŞ-dan cəsarətli qərar gözləyəcəyik. Amma düşünürəm ki, əvvəlki sammit kimi yaxşı imkanın bir də ələ düşməsi çox çətin olacaq”, – deyə Kim Çen In vurğulayıb.

Açar sözlər:

Oxunub: 148