Bu il Bakı metrosu 6 yeni qatar alacaq


14:23     13 Aprel 2019 19_04_13_1555147416.jpg


Bu il "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 6 yeni qatar tərkibi - 30 vaqon alacaq.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı Rusiyanın "Metrovaqonmaş" zavodu ilə müqavilə imzalanıb: "Qatarlar iyun ayından başlayaraq Azərbaycana gətiriləcək və "Bakı Metropoliteni"nin istifadəsinə veriləcək. Yeni qatarlar müasir standartlara cavab verən vaqonlardan ibarətdir. Vaqonlar müasir tipli kondisionerlərlə təchiz edilib. 6 vaqon bu ilin sonuna qədər Bakıya gətiriləcək".

Femida.az

Açar sözlər: #Metropoliten  

Oxunub: 819