Bakının Baş planı 6,3 milyon dollara hazırlanacaq


13:25     13 Aprel 2019 bakida%20moskva%20tibb.jpg


Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək.


Femida.az xəbər verir ki, bu il fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bakı şəhərinin Baş planının hazırlanması” üzrə layihə işlərinin satın alınması məqsədilə elan edilmiş tenderin qalibi Almaniyanın “AS+P” şirkəti olub və həmin şirkətlə 6 milyon 391,2 min ABŞ dolları məbləğində satınalma müqaviləsi bağlanıb.

Qeyd edək ki, Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.

Femida.az

Açar sözlər: #Bakı  

Oxunub: 367