Narkotik alverçisindən 1,3 kq marixuana götürülüb


15:38     13 Aprel 2019 19_04_13_1555147722.jpg

Nizami (Gəncə) RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb.
DİN-in mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılan 1 kiloqram 350 qrama yaxın marixuana götürülüb.

Açar sözlər:

Oxunub: 501