"Bu iş mənim üçün çətin deyil" - İlk maşinist qadın


16:24     13 Aprel 2019 19_04_13_1555149347.jpg


"İlk maşinist qadın olduğum üçün çox sevincliyəm".


Femida.az azvision.az-a istinadən xəbər verir ki, bunu metropolitenin ilk xanım maşinisti Günay Rəhimli deyib. O, 2016-cı ildən metronun "Memar Əcəmi" stansiyasında qatarları qəbul-edilib yola salınması üzrə növbətçi işləyib:

"Maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Özümü sınamaq üçün sənədlərimi hazırlayıb müraciət etdim. 10 qadın maşinist namizəd arasından mən seçildim. Bu mənim üçün çox böyük uğurdur. Artıq aprel ayından etibarən maşinist olaraq çalışıram. Düşünürəm ki, bu çox böyük məsuliyyətdir.

Gün ərzində metrodan minlərlə sərnişin istifadə edir ki, biz onların qatarlarda təhlükəsiz şəkildə daşınmasından sorumluyuq. Mən işimi çox sevirəm və həvəslə görürəm. Bəlkə də ona görədir ki, bu iş mənim üçün heç də çətin deyil".

Femida.az

Açar sözlər: #metro   #qadın  

Oxunub: 761