Bakıda evdən pul və qızıl əşyalar oğurlanıb


16:47     13 Aprel 2019 19_04_13_1555149482.jpg


Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 7-nə keçən gecə 2-ci Alatava yaşayış sahəsindəki digər bir evdən mobil telefon oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər: #oğru  

Oxunub: 367