Güləşçimiz erməni rəqibini məğlub edib


17:22     13 Aprel 2019 2019/04/D5F43471-6694-46EE-9057-F21EC77A2C2B_1555161164.jpeg

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasından Femida.az
-a verilən məlumata görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.

Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib.

Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib.

Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 429