Polis oğurluq edən bu şəxsi axtarır

Polis oğurluq edən bu şəxsi axtarır


18:11     13 Aprel 2019 2019/04/C7688D9B-B7D6-4086-B78C-10B81FCD05BF_1555165468.jpeg

Tovuzda polis oğurluq edən bu şəxsi axtarır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Tovuz şəhərində evlərin birində oğurluq hadisəsi baş verib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Təhlükəsizilik kamerasından götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-34; (055) 333-93-93 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 183