Sumqayıtda 2 avtomobil toqquşub: xəsarət alanlar var


19:16     13 Aprel 2019 qeza_yeni.jpg

Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Səməd Vurğun küçəsində, Şəhidlər Xiyabanının qarşısında qeydə alınıb. Belə ki, "Opel" və "BMW" markalı avtomobillərin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü İsgəndərov Firuz Rəhim oğlu və Nəcəfov Ramin Aydın oğlu xəsarət alıblar.

Xəsarət alanların "Opel" markalı avtomobilin sürücüsü və sərnişini olduğu bildirilir. Yaralılar xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 311