Bakıda veloyürüş keçirilib
19:20 13 Aprel 2019
Hər il aprelin 5-dən mayın 5-dək Türkmənistanda “Sağlamlıq və xoşbəxtlik” şüarı altında bədən tərbiyəsi-idman və mədəni-sağlamlıq aksiyaları keçirilir. Aprelin 7-də qeyd edilən Dünya Sağlamlıq Gününə həsr edilmiş bu aksiyalar çərçivəsində Türkmənistanın Azərbaycandakı səfirliyi aprelin 13-də Bakıda kütləvi veloyürüş təşkil edib.
Səfirlikdən Femida.az-a verilən məlumata görə, veloyürüşün marşrutu Bakı Dənizkənarı Bulvarının ərazisində ən mənzərəli guşələrin birində xüsusi ayrılmış velosiped yolu boyunca olub. Dövlət Bayrağı Meydanından başlanan veloyürüş Azərbaycan Xalça Muzeyinin binası yanında başa çatıb.
Tədbirdə diplomatik korpusun nümayəndələri, türkmən diasporunun üzvləri, tələbə gənclər, habelə velosiped idmanının həvəskarları olan Bakı sakinləri iştirak ediblər. Veloyürüşün məqsədi davamlı inkişaf hədəflərindən biri olan idmanı inkişaf etdirmək və sağlam həyat tərzini təbliğ etməkdir.
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb