Ata oğluna bellə xəsarət yetirdi


21:40     13 Aprel 2019 19_04_13_1555177860.jpg

Bu gün axşam saatlarında Neftçala rayonun Yuxarı Qaramanlı kəndində ata oğluna ağır xəsarət yetirib.

Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, kənd sakini Sakit Kazımov aralarında baş verən münaqişə zəminində 28 yaşlı oğlu Zahid Kazımova baş nahiyəsindən bellə xəsarət yetirib.

Ağır xəsarət alan Zahid Kazımov Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə baş verən vaxt Z.Kazımovun sərxoş vəziyyətdə olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 410