Güləşçimiz ermənini məğlub edərək finala yüksəldi


22:29     13 Aprel 2019 19_04_13_1555180273.jpg

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Femida.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib.

İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanan 3-cü yunan-Roma güləşçimiz olub. İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İslam aprelin 13-də həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə bitirən Abbasov ikincisi hissədə buraxdığı bir səhvin qurbanı olub və gümüş medalla kifayətlənib. Qeyd edək ki, bu, İslamın böyüklər arasında Avropa çempionatında ilk medalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 578