Yasamalda sərxoş piyadanı maşın vurub


12:51     14 Aprel 2019 piyada4.jpg

Gecə saatlarında Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, 20 Yanvar dairəsinə yaxın ərazidə yolu keçmək istəyən 30 yaşlı Bünyadov Siyasəti tuneldən çıxan maşın vurub.

Yaralı açıq kəllə-beyin travması və baş-beyin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 350