Xaçmazda yanğın: 5 mindən çox cücə tələf olub


13:55     14 Aprel 2019 balekende%20yangin%20oldu%20femida0.jpg

Xaçmaz rayonunda quşçuluq fermasında yanğın olub.

Femida.az xəbər verir ki, hadisə rayonun Cığatay kəndində qeydə alınıb. Yanğın zamanı 5 mindən çox cücə tələf olub.

Hadisə nəticəsində fermanın təxminən 200 kvadratmetr hissəsi yanıb. Əraziyə cəlb olunan FHN əməkdaşları yanğının qarşısını alıblar.

Femida.az

Açar sözlər: #yanğın  

Oxunub: 424