Gəncə sakininin evində 1 kq-dan artıq marixuana aşkarlanıb


14:08     14 Aprel 2019 baki-sakininden-kulli-miqdarda-marixuana-goturuldu-620x400.jpg

Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onda narkotik vasitə olan marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılmış 1 kiloqram 350 qrama yaxın marixuana götürülüb.

Femida.az

Açar sözlər: #marixuana  

Oxunub: 844