Alı Mustafayevin doğum günüdür
14:55 14 Aprel 2019
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, mərhum telejurnalist, şair Alı Mustafayevin doğum günüdür.
Femida.az-ın məlumatına görə, A.Mustafayev 1952-ci ilin aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O, tələbəlik illərindən Azərbaycan Dövlət və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa başlayıb. Lirik şeirləri və publisistik yazıları ilə mətbuatda dərc olunmağa başlayıb. 1990-cı il qanlı 20 Yanvar hadisəsini lentə alıb.
Alı Mustafatev Dağlıq Qarabağ müharibəsi zamanı cəbhə bölgəsindən reportajlar hazırlayıb. 1991-ci il 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd yaxınlığında Azərbaycanın hərbi helikopterinin ermənilər tərəfindən vurulması nəticəsində həlak olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Femida.az
Oxunub: 2858
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- ŞƏHİDLƏRİMİZ VAR
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO